Azərbaycan Tibb Universitetində yeni təyinat olub. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Cavid Paşayev ATU-nun Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin edilib. Bu haqda Səhiyyə Nazirliyinin Kollegiyası qərar verib.
C.Paşayev ATU-nun Müalicə-profilaktika fakültəsində müalicə işi üzrə təhsil alıb, Kliniki Tibbi Mərkəzdə internatura keçib. O, Avrasiya Klinikasında həkim-anestezioloq, Mərkəzi Neftçilər Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq kimi çalışıb. Daha sonra C.Paşayev ATU-nun Anesteziologiya-reanimasiya şöbəsinin müdiri, Anesteziologiya və reanimasiya kafedrasında assistent mərkəzində Baş həkimin müavini və Anesteziologiya və reanimasiya şöbəsinin müdiri vəzifələrində çalışıb.
[caption id="attachment_107370" align="alignnone" width="640"]
Foto Report.az[/caption]