I Qarabağ müharibəsində itkin düşmüş şəhid dəfn edilib. Bu haqda bu gün, 7 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşovla Bakıda vida mərasimi keçirilib. Daha sonra o, Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
I Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Gülalı Dadaşov 1994-cü ildə Xaçmaz rayonunun Sibiroba kəndindən Qarabağa orada gedən döyüşlərdə iştirak etmək üçün yollanıb. O, Füzuli rayonunun Əbdürrəhmanlı kəndində itkin düşüb. Nəşinin Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edildiyi məlum olub.
[caption id="attachment_137397" align="alignnone" width="640"]
Foto Report.az[/caption]