Bakıda itkin düşmüş kursant tapılıb. Bu haqda 17 fevral tarixində Report məlumat verib.
Fevralın 13-də itkin düşmüş Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı Vüsal Hüseynli hərbi polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Xatırladaq ki, 22 yaşlı Vüsal Hüseynli fevralın 13-də akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yollanıb. Onu sonuncu dəfə “28 May” metro stansiyasından çıxarkən görüblər.