Tofiq Bəhramov adına Respublika stadionunun rəhbərliyində dəyişiklik olub. Bu haqda bu gün, 26 aprel tarixində APA məlumat verib.
Stadionun direktoru Şamil Quliyev vəzifəsini tərk edib. Bu vəzifəyə Babək Hidayətov təyin olunub.
Babək Hidayətov əvvəllər Şəki və Qusar Olimpiya komplekslərində çalışıb.