“Scandinavian Airlines” aviaşirkətinə məxsus hava gəmisi Bakı Hava Limanında təcili olaraq enib. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az hava limanının mətbuat xidmətinə istinadən məlumat verir.
Kopenhagen–Tokio reysini yerinə yetirən təyyarənin kapitanı sərnişinin səhhətinin qəflətən pisləşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna müvafiq sorğu göndərib.
“Airbus A350” təyyarəsi saat 20:56-da Bakı Hava Limanına enib, sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.