top
Tramvaylarda gedişhaqqı nə qədər olacaq?
14 yanvar 2025, 02:09
- ↺ +

Tramvaylarda gedişhaqqı nə qədər olacaq?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Baş Planın izahat hissəsində qeyd edilir ki, 2027-ci ilə qədər 17,3 km, 2040-cı ilə qədər isə 54,6 km, daha sonrakı illərdə isə 110,4 km tramvay xətlərinin salınması nəzərdə tutulub. Bu o deməkdir ki, 2027-ci ilə qədər 26 dayanacaq, 2040-cı ilə qədər 78 dayanacaq salınması planlaşdırılır. Ötən gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini bildirdi ki, Mehdiabad - 28 May və "Seebreze" ərazisi də təklif olunur. Biz bununla planda bəzi dəyişikliklərin edilməyəcəyini müşahidə edirik".

Bu sözləri Baku.ws-ə açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Azər Axundov bildirib.

Onun sözlərinə görə, əsas salınacaq istiqamətlər Baş Planda qeyd olunub:

"Əsas istiqamət şimal-cənubdur. Azadlıq prospekti boyunca "28 May"a qədər olan yoldur. Bu, çox önəmli istiqamətdir. Çünki Mehdiabaddan şəhərin mərkəzinə doğru yol çox yüklüdür. Metronun konseptual sxemində "Sarı xətt" nəzərdə tutulmuşdu. Tramvay yolunun salınması məhz bu yola alternativ olacaq. Tramvay yolunun salınması metro xəttinin salınmasından 10 dəfə ucuz başa gələcək. Bu yol həm də metronun "Qırmızı xətti" və "Yaşıl xətti" arasında qısa bağlantı olacaq. "Azadlıq" stansiyasından düşən vətəndaşlar "28 May" istiqamətinə daha tez və rahat getmək mümkün olacaq. Daha əvvəlki kimi "20 Yanvar", "Elmlər Akademiyası" və "Nizami" metro stansiyalarının fırlanıb "28 May"a getməyəcəklər.

Tramvay xətləri istifadə verildikdən sonra burada gedişhaqqı da hamını düşündürür. Nəzərə almaq lazımdır ki, metro və avtobuslarda gedişhaqqı şəhər içində demək olar ki, eynidir və 50 qəpik təşkil edir. Tramvaylar fəaliyyətə başladıqdan sonra 50 qəpik olmalıdır. Çünki qiymətin bir az baha olması buna marağı azaldacaq.

Nəzərə almaq lazımdır ki, tramvaylar avtobuslara nisbətdə daha əlverişli nəqliyyat növü sayılırlar. Əvvəla onu deyək ki, tramvayın istismar müddəti daha çoxdur. Avtobuslarda bu rəqəm 10-15 ildirsə, tramvayın vaqonlarında 30 il təşkil edir. Bundan əlavə tramvayın öz yolu da olur və avtobuslara nisbətdə daha çox sərnişin daşıya bilir. Üstəlik tramvaylara əlavə vaqonlar qoşmaqla onu uzatmaq da olur".

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər