Bu gün Şuşa rayonunun Xəlfəli kənd ərazisində mülki şəxs minaya düşüb. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətinə istinadən xəbər verir.
Hadisə minalardan təmizlənməmiş ərazidə baş verib. Yolun salınması fəaliyyəti ilə məşğul olan 1965-ci il təvəllüdlü şəxs idarə etdiyi traktorla minaya düşüb.
Traktorçu yüngül xəsarət alıb, həyati təhlükəsi yoxdur.