Bu günlərdə sosial şəbəkələrdə loqopedin uşaqla kobud davrandığı barədə video yayılıb. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Yayılan videogörüntülərdə özünü loqoped kimi təqdim edən Aysel Nəbiyeva nitq məhdudiyyətli uşağa qışqırıb.
Canlı yayımda “Tez topları yığ və mənə gətir”, “Bu gün sən mənim səbrimi sınadın və səsindən başım ağrıdı”, “Gördün ki, adamı necə tabe edirlər?” sözlərini işlədən qadın bildirir ki, görüntülər yarımçıq yayılıb:
“Bu videonu mənim ailəmlə prinsipi olan xanım pul qarşılığında yayıb. Uşağın ailəsi bu barədə şikayətçi deyil, sadəcə narahatlıqları videonun yayılması ilə bağlıdır.
Uşağa qətiyyən şiddət göstərilməyib. Əgər belə bir şey olsaydı, çoxdan haqqımda araşdırma aparılırdı. Atılan şər-böhtandır”.