Şuşaya növbəti köç karvanı yola salınıb. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 32 ailə, yəni 125 nəfərdən ibarət köç karvanı paytaxtın Qaradağ rayonundan yola salınıb.
Beləliklə, bu günə qədər 90 ailə, yəni 349 nəfərin Şuşa şəhərində daimi məskunlaşması təmin edilib.