Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 15 ailə – 57 nəfər köçürülür.
Bu günə qədər Şuşa şəhərində 105 ailənin, yəni 406 nəfərin daimi məskunlaşması təmin edilib.
[caption id="attachment_139519" align="alignnone" width="640"]
Foto Report.az[/caption]