Şuşa şəhərinə növbəti köç karvanı yola düşüb.
APA xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Şuşa şəhərinə 91 nəfər olmaqla 27 ailə köçürülüb. Onlardan 18 ailə (60 nəfər) Bakı şəhərindən, 1 ailə (6 nəfər) isə Abşeron rayonundandır.
İndiyədək Şuşa şəhərinə 204 ailənin, yəni 763 nəfərin daimi məskunlaşması təmin edilib.