Dünya şöhrətli aktyor və musiqiçi Bakıya gəlib.
Olay.az xəbər verir ki, Uill Smit "Formula-1" Azərbaycan Qran-prisi çərçivəsində ölkəmizə gəlib. 55 yaşlı sənətçinin olduğu təyyarə bu gecə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.
Uill Smit sentyabrın 13-də “Crystal Hall”da konsert proqramı ilə çıxış edəcək.