Bakıda taksi şirkəti fəaliyyətini dayandırır. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az “PAŞA Holding”ə istinadən xəbər verir.
"Uklon" taksi xidməti Azərbaycanda yaxın zamanda işləməyəcək. Verilən məlumata əsasən, şirkət avtonəqliyyat sifarişi xidməti sahəsində yeni tərəfdaşlıq imkanlarını nəzərdən keçirir və hazırda bazar liderləri ilə danışıqlar aparır.
“Biznesi indikindən daha sürətli şəkildə inkişaf etdirmək istəyirik. “Uklon” ilə tərəfdaşlıq bizim inkişafımızda mühüm addım oldu və biz bu dəyərli təcrübə üçün tərəfdaşımıza minnətdarıq”, – deyə şirkət əlavə edib.