"Kayu" Tədris və İnkişaf Mərkəzində azyaşlı uşağa şiddət göstərilməsi ilə bağlı iddialar yayılmışdı.
Məsələni aydınlaşdırmaq üçün "Kayu" İnkişaf Mərkəzi ilə əlaqə saxladıq.
Mərkəzdən Bakuplus.az-a bildirildi ki, yazılan iddiaların heç bir əsası yoxdur:
"Bunların heç bir əsası yoxdur. Valideynə demək istəyərdim ki, əgər uşağınız bağçada şiddət görürsə, hansı ağılla yenidən aparıb ora qoyursunuz? Mən ana olaraq uşağımın hansısa yerdə şiddət gördüyünə əmin olsam, övladımı ora qoymaram. Məni neçə ildir tanıyan valideynlər var və onlar məni yaxşı tanıyırlar".
Bağçanın məsul şəxsi həmin valideynə dəfələrlə övladını mərkəzdən çıxartmağı təklif etdiklərini bildirib:
"Biz təklif etdik ki, bizə güvənmirsinizsə, övladınızı çıxarın. Çünki indi hər yerdə belə mərkəzlər var. Nə çıxardırlar, nə də bizə güvənirlər".