"Neftçi" Bosniya və Herseqovinadan olan qapıçısı Kenan Piriç ilə yollarını ayırıb.
Bakuplus.az xəbər verir ki, paytaxt təmsilçisi ilə 32 yaşlı qolkiper arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klub futbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş təcrübəli qapıçı "flaqman"ın heyətində ümumilikdə 29 rəsmi matçda meydana çıxıb.