Bakıda növbəti əmək yarmarkası keçiriləcək. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir.
"Bravo Supermarket"in birgə təşkilatçılığı ilə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yarmarka təşkil olunacaq. Tədbir saat 10:00-13:00 arası baş tutacaq.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Ünvan: Almas İldırım küçəsi, 1-ci dalan, 5B, Xəzər Gənclər Evi.