Yay mövsümü gəldikdən sonra Bakıətrafı qəsəbələrdə bağ evlərinə maraq artıb. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az məlumat verir.
Belə ki, Şüvəlanda yerləşən villa 17 milyon manata satılır. Villanın 1200 kvadratmetr sahəsi var və 2 mərtəbə, 7 otaqdan ibarətdir.
Evin bu qiymətə satılmasının səbəbi isə həyatyanı sahəsidir. Həyətin 4000 kvadratmetr (40 sot) sahəsi var.