Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib. Bu haqda BakuPlus.az RİH-nin mətbuat xidmətinə istinadən bu gün, 26 sentyabr tarixində xəbər verir.
Aksiya Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq, 7-ci mikrorayon, Dərnəgül parkı ərazisində baş tutub.
İcra başçısının da qatıldığı aksiyada parkda ictimaiyyət nümayəndələrinin iştirakı ilə 100 ədəd Eldar şamı və sərv ağacları əkilmiş, digər ağaclara aqrotexniki qulluq göstərilmişdir.
Əkilən ağacların fasiləsiz olaraq suvarılması, ağacların hər zaman yaşıl qalması və torpağın münbit olması üçün damcı ilə suvarma sistemi quraşdırılmışdır.
[caption id="attachment_71544" align="alignnone" width="640"]
Foto Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi[/caption]