Vətən müharibəsi iştirakçısı ABŞ-da təhsil alacaq.
Bakuplus.az “Azərbaycan Universitetləri” Facebook səhifəsinə istinadən xəbər verir ki, Vətən Müharibəsi qazisi 26 yaşlı Habil Hüseynov Xaricdə Təhsil üzrə Dövlət Proqramının qalibi olub.
H.Hüseynov ABŞ-nin Maryland Universitetinin College Parkdan “Applied Machine Learning” magistr programı üzrə qəbul olub. Xaricdə Təhsil üzrə Dövlət Proqramının qalibi olaraq təhsilini dövlət hesabına ABŞ-da davam etdirəcək.
O, Xocavəndin, Füzulinin, Şuşanın işğaldan azadl olunması ilə bağlı medalla tətlif olunmuşdur.