Nəsimi rayonu, Novruzov Qardaşları 55 ünvanında yerləşən ev sahibi ilə "Pilot-16” MMC tikinti şirkəti arasında məhkəmə çəkişməsi gedir.
Tikinti şirkətinin evin müqabilində verdiyi kompensasiya ev sahibini qane etmir. Ona verilən beş yüz min manatla razılaşmayıb, bir milyon manat tələb edir.
ARB-yə danışan vətəndaş Yusif Quliyev iddia edir ki, onları evdən çıxarmaq üçün müxtəlif variantlara əl atılır. Belə ki, evin ətrafında qazıntı işləri aparılır və süni göl yaradılıb.
Ev sahibinin qaynının tikinti şirkətinə məxsus ağır texnikanı yandırması vəziyyəti daha da çətinləşdirib.
Daha ətraflı videosüjetdə: