Ölkədə yeni dələduzluq növü peyda olub. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az Elektron Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.
Belə ki, kiberdələduzlar tərəfindən “milliodeme.net” adlı saxta ödəniş portalı yaradılıb. Burada vətəndaşlara kommunal ödənişlər həyata keçirmək təklif olunur. Ancaq şəxsi və kart məlumatları daxil edəndən sonra vətəndaşın hesabından pullar oğurlanır.
Rəsmi qurumlar vətəndaşlardan diqqətli olmalarını xahiş edir.