Bakıda və ölkə ərazisində vətəndaşların silah təhvili davam edir. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
İyulun 10-da polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 tüfəng təhvil götürüblər.
Əlavə olaraq keçirilən əməliyyat zamanı qanunsuz saxlanılan 1 tapança, 1 patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.