Vaqif Xaçatryanın məhkəməsi başlayıb. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Yasamal rayon Məhkəməsində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəməsi başlayıb.
İclasda təqsirləndirilən şəxsin və iş üzrə zərərçəkən 59 nəfərin anket məlumatları dəqiqləşdiriləcək.
Təqsirkar cari ilin iyul ayında Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. O, 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını qanuni yaşadığı yerdən didərgin salmaqda iştirak edib.
[URIS id=116379]