Vaqif Xaçatryanın məhkəməsi davam edir. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Növbəti iclas bu gün, Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək. Prosesdə zərərçəkmişlərdən ifadə alınacaq.
İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.