Vaqif Xaçatryanın bu gün məhkəməsi davam edir. Bu haqda 24 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslər ifadə verirlər.
Məhkəmədə 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti zərərçəkmiş kimi tanınıb. Xaçatryanın vəkili Radmina Abulovadır.