Azərbaycanda daha bir neçə cərimədə dəyişiklik ediləcək. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Velosiped yollarında hərəkət edəcək nəqliyyat vasitələrinin sürücüləri 100 manat cərimə ediləcəklər.
Həmçinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimənin məbləği 100 AZN-dən 200 AZN-ə qədər artırılır.
Yeni qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsin nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimənin məbləği 300 AZN-dən 400 AZN-ə qədər qaldırılıb.