top
Verdiyi ada görə əmisini öldürmək istəyən şəxslə bağlı qərar verildi
08 iyun 2026, 14:46
- ↺ +

Verdiyi ada görə əmisini öldürmək istəyən şəxslə bağlı qərar verildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Nəcməddin Şahverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Nəcməddin Şahverdiyev əmisi, zərərçəkmiş Ərəstun Şahverdiyevi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilib.

İstintaq materiallarında göstərilir ki, o, lal-karlıqdan əziyyət çəkməsi və boyunun qısa olması kimi fiziki xüsusiyyətlərini uğursuzluq kimi qiymətləndirərək, bunu əmisi tərəfindən ona verilmiş adla əlaqələndirib. 
Belə ki, təqsirləndirilən şəxs 2023-cü ildə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində yerləşən, əmisinin işlədiyi ət mağazasının qarşısına gəlib. Həmin vaxt Ərəstun Şahverdiyev dostları ilə birlikdə domino oynayırmış. Nəcməddin mətbəx bıçağını cibində gizlədərək hadisə yerinə gətirib. O, arxadan yaxınlaşaraq zərərçəkmiş şəxsin bel nahiyəsinə bir dəfə zərbə endirib. Zərbə nəticəsində bıçaq əmisinin bədənində qalıb və bu səbəbdən təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət niyyətini başa çatdıra bilməyib.

Nəcməddin Şahverdiyevin barəsində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.

Lakin işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən təqsirləndirilən şəxsin psixi xəstəliyə tutulduğu müəyyən edilib. Bununla əlaqədar onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli tədbirin tətbiq olunması qərara alınıb. Nəcməddin Şahverdiyev sağalmış hesab edilənədək cinayət işi üzrə icraat dayandırılıb. Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti təmin edilməyib.

Son xəbərlər

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Oxşar xəbərlər