Sabunçu Rayon Polis İdarəsində xidməti yoxlamalar keçirilib. Nəticədə 4 vəzifəli şəxs tutduqları vəzifələrdən azad olunub. Bu haqda bu gün, 21 oktyabr tarixində Manset.az məlumat verib.
Daxili İşlər Nazirliyinin rəhbəri Vilayət Eyvazovun əmri ilə işdən çıxarılan şəxslərin tam siyahısı:
İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Quliyev,
Təhqiqat şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlqar Rzayev,
Cinayət-axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Rəcəbov,
Növbətçi hissənin rəisi, polis polkovnik-leytenantı Əli Babayev, müstəntiq Elxan Hacıyev,
İctimai Təhlükəsizlik şöbəsinin inspektoru, polis kapitanı Vasif Sadıqov
Kadrlar üzrə rəhbər Şəbnəm Rzayeva