top
Putinin Azərbaycana səfəri başa çatıb
19 avqust 2024, 08:21
- ↺ +

Putinin Azərbaycana səfəri başa çatıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Federasiyası prezidenti Vladimir Putinin Azərbaycanda rəsmi səfəri bitib. Azərbaycan prezidenti İlham Əliyev onu yola salıb.

[video width="640" height="336" mp4="https://bakuplus.az/storage/photos/2024/08/video5339283221018337141.mp4"][/video]

 

18:00 - İlham Əliyevin adından Vladimir Putinin şərəfinə ziyafət verilir 

Ziyafətdə qonaqlara təqdim olunan menyu:


  • Qara kürü;

  • Kükü asssorti;

  • Badımcan ləvəngisi;

  • Qızardılmış badımcan salatı;

  • Ayranaşı;

  • Qızardılmış düşbərə:

  • Ət və göy qutabları;

  • Pip dolması;

  • Kartof ilə qızardılmış ala balıq (Forel);

  • Təndirdə keçi;

  • Milli şirniyyatlar;

  • Savalan və Meysəri şərabları.


17:21 - İlham Əliyevin adından Vladimir Putinin şərəfinə ziyafət verilir 

Azərbaycan prezidentinin adından Vladimir Putinin şərəfinə "Gülüstan" sarayında dövlət ziyafəti başlayıb.

[video width="480" height="262" mp4="https://bakuplus.az/storage/photos/2024/08/video_2024-08-19_17-21-37.mp4"][/video]

17:17 - İlham Əliyev və Vladimir Putin Bakıda Katedrala gediblər

Vladimir Putin və İlham Əliyev Müqəddəs Mürdaşıyan Zənənlər Katedralını ziyarət ediblər.

[video width="960" height="540" mp4="https://bakuplus.az/storage/photos/2024/08/poseshhenie_kafedralnogo_sobora_svjatyh_zhjon_mironosic.mp4"][/video]

16:00 - İlham Əliyev və Vladimir Putin paytaxtda gəzintiyə çıxırlar

İlham Əliyev və  Vladimir Putin Bakı gəzintisinə çıxırlar. Onlar Ağ Şəhərə gedəcəklər. Avtomobili prezident İlham Əliyev idarə edir.

[video width="848" height="464" mp4="https://bakuplus.az/storage/photos/2024/08/video_2024-08-19_16-14-18.mp4"][/video]

16:00 - İki ölkənin liderləri birgə bəyanatla çıxış edirlər

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin mətbuata birgə bəyanatlarla çıxış edirlər.

15:57 - İki ölkə arasında sənədlər imzalandı

Azərbaycanla Rusiya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi başlayıb.

15:17 - Ölkə başçıları arasında geniş tərkibdə görüşə start verilib

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə geniş tərkibdə görüşünə başlanılıb.

14:12: Rusiya prezidenti Vladimir Putin bildirib ki, Bakı regionda vahəyə çevrilir

Bakı fəal şəkildə inkişaf edərək Cənubi Qafqaz regionunda vahəyə çevrilir. Bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

“Bakıda olmaqdan çox məmnunam”, – o bildirib.

Putin qeyd edib ki, Azərbaycan Prezidenti Bakının inkişafına böyük diqqət yetirir.

“Bu, göz önündədir. Şəhər uğurla inkişaf edir, deyərdim ki, regionda bu cür vahəyə çevrilir.

Biz Bakını sevirik - gözəl şəhərdir! Ən əsası isə Azərbaycanın bir çox digər yaşayış məntəqələri kimi intensiv inkişaf edir”, - Putin əlavə edib.

[video width="848" height="480" mp4="https://bakuplus.az/storage/photos/2024/08/jukjhkhjkhj.mp4"][/video]

13:55 - Vladimir Putin Azərbaycana təşəkkür etdi




"Rusiya Federasiyası Azərbaycana ölkədə rus dilinə göstərdiyi diqqətə görə minnətdardır", - bunu Rusiya lideri Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.




13:35 - Vladimir Putin: Rusiya Bakı ilə İrəvan arasında nizamlanmada iştirak etməyə hazırdır

Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşü zamanı vurğulayıb ki, Azərbaycana səfərindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanla Prezident İlham Əliyevlə aparılan danışıqların nəticələrini müzakirə edəcək.

Putin bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması və sərhədin demarkasiyası üçün nəsə edə bilsə, şad olacaq.

13:25 - Vladimir Putinin rəsmi qarşılama mərasimi keçirilir 

Vladimir Putin Azərbaycan Prezidentinin iqamətgahındadır. Onun rəsmi qarşılama mərasimi keçirilir.

[video width="848" height="464" mp4="https://bakuplus.az/storage/photos/2024/08/img_4285.mp4"][/video]

12:56 - Fəxri qarovul Vladimir Putini qarşılamağa hazırlaşır 

Fəxri qarovul Azərbaycan Prezidentinin iqamətgahında Rusiya Prezidenti Vladimi Putini qarşılamağa hazırlaşır.

[video width="848" height="464" mp4="https://bakuplus.az/storage/photos/2024/08/img_9024.mp4"][/video]

12:56 - Vladimir Putin əbədi məşəlin qarşısına əklil qoyub

Rusiya prezidenti Bakıda Şəhidlər Xiyabanını ziyarət edib, əbədi məşəlin qarşısına əklil qoyub.

[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/08/s-hidl-r-xiyabani.mp4"][/video]

12:38 - Vladimir Putin Fəxri Xiyabandadır

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana rəsmi səfəri çərçivəsində Fəxri Xiyabanı ziyarət edib.

[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/08/putin_vozlozhil_venok_k_mogile_obshhenacionalnogo_lidera_azerbajdzhana.mp4"][/video]

12:36 - Vladimir Putinin bugünki cədvəli necə olacaq?

Vladimir Putin Bakıda bir sıra əraziləri ziyarət edəcək. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Bizim.Media-ya istinadən xəbər verir.

Prezident ənənəvi olaraq Fəxri Xiyabanı ziyarət edəcək və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarı önünə əklil qoyacaq. Sonra Putin Şəhidlər Xiyabanında gedəcək və Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsini ehtiramla yad edəcək.

Dövlət səfərinin proqramı Rusiya liderinin Prezident İlham Əliyevlə rəsmi görüşündən başlayacaq. 2 dövlət başçısının əvvəlcə təkbətək danışacağı, sonra Rusiya-Azərbaycan danışıqlarının geniş tərkibdə davam etdiriləcəyi planlaşdırılır. Mərasim Zaqulbada baş tutacaq.

Danışıqların yekununda liderlərin birgə bəyanatı qəbul ediləcək, həmçinin bir neçə hökumətlərarası və digər sənədlər imzalanacaq.

Daha sonra Putin Ağ Şəhər layihəsi ilə tanış olacaq. Liderlər birlikdə Ağ şəhər ərazisini gəzəcək və sonra katedralı ziyarət edəcəklər.

Səfərin sonunda ali qonağın şərəfinə dövlət ziyafəti veriləcək.

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Oxşar xəbərlər