Azərbaycan Prezidenti Volodimir Zelenskini COP29-a dəvət edib. Bu haqda bu gün, 23 aprel tarixində Bakuplus.az Azərbaycanın Ukraynadakı səfirinə istinadən xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.
Bununla bağlı Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Kiyevdə Ukraynanın xarici işlər nazirinin birinci müavini Andrey Sibiqa ilə görüşərək ona dəvət məktubunu təqdim edib.
Had the honour to present the invitation letter of the President of Azerbaijan H.E. Mr. Ilham Aliyev 🇦🇿 addressed to the President of Ukraine H.E. Mr. Volodymyr Zelenskyy 🇺🇦 for COP29 in Baku at the meeting with H.E. Mr. Andrii Sybiha, First Deputy Foreign Minister of Ukraine. pic.twitter.com/UQkzp9Q7YS
— Seymur Mardaliyev (@SMardaliyev) April 23, 2024