Paytaxtın Binəqədi rayonunda, “Vorovski” adlanan ərazidə avtomobillərin dairəvi hərəkəti təmin olunub. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Qəzənfər Musabəyov, Cəfər Xəndan və daha 2 küçənin kəsişməsi olan ərazidə yeni yol nişanları quraşdırılıb. Əzim Əzimzadə küçəsində isə hərəkət birtərəfli edilib.
Belə ki, əvvəl burada çoxlu konflikt zonalar və sıxlıq müşahidə olunurdu. Azadlıq prospektini bu ərazi ilə birləşdirən Cəfər Xəndan küçəsinə keçmək istəyən sürücülər burada xaos yaradırdılar. Heç bir nişanlanmaya riayət olunmurdu. Piyadalar üçün isə hərəkət zolağı, ümumiyyətlə, yox idi.
Artıq bir küçədən digərinə keçmək üçün hərəkət iştirakçıları dairə vurmalı olacaqlar. Piyadalar üçün isə xüsusi səkilər və zolaqlar yaradılıb.