“Waze” tətbiqində yenilik olacaq. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən xəbər verir.
Ölkədə aktiv istifadə olunan “Waze” naviqator sisteminə yenilik gəlib. Belə ki, tətbiq öncədən qəzaya meyilli yollarla bağlı sürücüləri məlumatlandıracaq. Beləliklə, daha çox qəzaların baş verdiyi ərazilərə doğru hərəkət etdikdə proqram həmin yolda qəzaların çox baş verdiyini qeyd edəcək.
Şirkət informasiyaların həm tətbiq tərəfindən toplanılan datalar, həm də süni intellekt tərəfindən araşdırılaraq öyrənildiyini bildirib.