“WhatsApp” messenceri spam mesajlara qarşı mübarizəni gücləndirir.
“WABetaInfo” xəbər verir ki, “Meta” şirkəti tanınmamış nömrələrdən kütləvi mesajları blok eləmək funksiyası üzərində çalışır. Belə ki, xüsusi limit qoyulacaq və sistem bu limiti keçən istifadəçilərə qarşı işə düşəcək.
Məqsəd spam mesajların sayını əhəmiyyətli dərəcə azaltmaqdır. Buna baxmayaraq, bəzi reklam xarakterli mesajlara qarşı güzəştlər olunacağı bildirilir.