Son zamanlar Azərbaycanda WhatsApp sosial şəbəkəsinə hücum halları artıb. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Bildirilir ki, hücumların əksəriyyəti xarici ölkələrin nömrələrindən gələn mesajlarla həyata keçirilir. Ələ keçirilən hesablardan isə nə məqsədlə istifadə edildiyi məlum deyil.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi məsələ ilə bağlı xəbərdarlıq edir ki, istifadəçilər WhatsApp hesablarına əlavə kod qoymaqla və yalnız rəsmi mənbələrdən profilə daxil olmaqla istifadə etsinlər.