Nəhəng kuryer şirkəti Azərbaycanda fəaliyyətini dayandırıb. Bu haqda bu gün, 14 avqust tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Qurumdan verilən məlumata əsasən, “Wolt” daşıma şirkətində qida təhlükəsizliyi sahəsində nöqsanlar aşkar edilib. Belə ki, şirkətin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, eləcə də qidaların daşınması zamanı məhsulların temperatur rejimi və mal qonşuluğu qaydalarının pozulduğu, daşımada istifadə olunan nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmadığı və kuryerlərin tibbi müayinədən keçmədikləri məlum olub.
Bütün nöqsanlara baxmayaraq, şirkətə xəbərdarlıq edilsə də, sonuncu buna məhəl qoymayıb və fəaliyyətini davam etdirib.
Bununla bağlı şirkətin fəaliyyəti dayandırılıb, məsul şəxslər məsuliyyətə cəlb olunublar.
Araşdırmalar davam edir.