İsraildə HƏMAS-nin hücumları nəticəsində Azərbaycan vətəndaşı həlak olub. Bu haqda bu gün, 11 oktyabr tarixində Qafqazinfo Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.
Həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.
Vəfat edən azərbaycanlıların kimliyi də məlum olub:
Şamil Abbasov - İsrail vətəndaşı;
Emin Axundov - İsrail vətəndaşı;
Roman Qandel - İsrail vətəndaşı;
Elkin Nəzərov - İkili vətəndaş (Azərbaycan-İsrail).
XİN-in nümayəndəsi, həmçinin bildirib ki, Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir.
HƏMAS-nin İsrail ərazisinə hücumu nəticəsində 1200-dən çox israilli həlak olub, 3400-dən çoxu yaralanıb, yüzlərlə insan Qəzzaya aparılaraq əsir götürülüb.