Abşeron rayonunun Xırdalan şəhərindəki yaşayış massivinin birində manyak peyda olub.
Bu iddia ilə qorxudulan uşaqlardan birinin anası sosial şəbəkələrdə paylaşım edib.
Bakuplus.az Oxu.az-a istinadən xəbər veri ki, orta yaşlı naməlum kişi yaşayış binasının həyətində oynayan azyaşlı oğlan uşaqlarını ətrafına toplayaraq, onların qeyri-etik hərəkətlər etmələrini tələb edib.
Valideynin sözlərinə görə, öz oğlu da daxil olmaqla əksər uşaqlar dünəndən etibarən təşviş içindədirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, görüntülərdən məlumatlıdırlar. Aidiyyəti üzrə araşdırma aparılır.