Xətai rayon sakinləri ilə səyyar görüş keçirilib. Bu haqda BakuPlus.az RİH-nin mətbuat xidmətinə istinadən bu gün, 22 iyun tarixində xəbər verir.
Ötən gün 58 saylı tam orta məktəbdə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.
Görüşdən öncə şəhid olan Azərbaycan hərbçilərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.