Xətai rayonunda Zəfər abidə kompleksi ilə bağlı çoxmərtəbəli bina söküləcək. Bu haqda 8 yanvar tarixində APA məlumat verib.
Xətai Rayon İcra Hakimiyyəti Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli binanın söküləcəyini təsdiqləyib. Bina dövlət sifarişi əsasında, Zəfər abidə kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində sökülür. Köçürülmə ilə bağlı İH tərəfindən komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib.
İcra Hakimiyyətinin sözlərinə görə, bina ərazinin ümumi görünüşünə xələl gətirir.