Xətai rayon sakinləri ilə səyyar görüş keçirilib. Bu haqda BakuPlus.az RİH-nin mətbuat xidmətinə istinadən bu gün, 17 sentyabr tarixində xəbər verir.
Ötən gün 191 saylı tam orta məktəbdə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.
Görüşdən öncə şəhid olan Azərbaycan hərbçilərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
İcra başçısı Xətai rayonunda görülməsi nəzərdə tutulan abadlıq-quruculuq işləri haqqında səyyar görüşün iştirakçılarına məlumat verib.
Daha sonra rayon rəhbəri sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq gətirərək qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.
[caption id="attachment_70290" align="alignnone" width="640"]
Foto Xətai Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]