Bakıda piyada səkisində ət kəsilir, heyvanların qanı avtomobil yoluna axıdılır. Bu haqda 29 oktyabr tarixində Report xəbər verib.
Qida Təhlükəsizliyi Agentliyi Xətai rayonu Nəsrəddin Tusi küçəsində antisanitar vəziyyətdə ət-kəsim məntəqəsini aşkar edib. Məlum olub ki, məntəqədə kəsilən heyvanların qanı piyada səkisinə və avtomobil yoluna axıdılır.
Ət-kəsim məntəqəsinin sahibi ilə profilaktiki söhbətlər aparılıb, daha sonra qanunamüvafiq qaydada tədbirlər görüb. Bundan sonra ət kəsimi yalnız obyektin daxilində olacaq.