Xətai rayonunda növbəti səyyar görüş baş tutub. Bu haqda BakuPlus.az RİH-nin mətbuat xidmətinə istinadən bu gün, 23 sentyabr tarixində xəbər verir.
Ötən gün 59 saylı tam orta məktəbdə keçirilən görüşdə rayon İcra hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon prokuroru Sərdar İmanov, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb və aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
[caption id="attachment_71059" align="alignnone" width="640"]
Foto Xətai İcra Hakimiyyətinin rəsmi saytı[/caption]