Paytaxtın Xətai rayonunda zavoddan oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 15 noyabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
“Azintes” MMC-yə məxsus alüminium zavodundan 20.000 manat dəyərində laboratoriya avadanlıqlarının oğurlanmasında şübhəli bilinən Bakı şəhər sakini R.Həsənov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Daha bir oğurluq hadisəsi Suraxanı rayonunda yerləşən qəbiristanlıqda qeydə alınıb.