Paytaxt ərazisində yol qəzası baş verib. Bu barədə Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Xətai rayonunda qeydə alınıb. 39 yaşlı Aynur Abdullayeva yolu keçən zaman onu motosiklet vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Hazırda araşdırma aparılır.