Bakı şəhəri, Xətai rayonunda yerləşən beşmərtəbəli binanın damında dəmir parçası asılı vəziyyətdə qalıb. Həmin problemlə binanın sakinləri bu gün, 17 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunublar. Onlar dəmir parçasını götürərək, təhlükəni aradan qaldırıblar.