Xəzər dənizinin Bakı şəhəri, Xızı və Lənkəran rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu barədə bu gün, 31 oktyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Reyd zamanı brakonyerlərin Bakı şəhər sakinləri Emin Alməmmədov, Vaqif Nəbizadə, Sumqayıt şəhər sakini Elnur Nəcəfov, Lənkəran rayon sakinləri Babək Xəlilov, Mehman İbayev, Şahan Rzayev, Şəmkir rayon sakini Rafiq Məmmədov və Astara şəhər sakini Zakir İsayevin olduqları müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 1700 metr uzunluğunda sintetik tor götürülüb.
Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.