Qanunsuz ov edən paytaxt sakini cəzalandırılıb. Bu haqda 28 mart tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları ayrı-ayrı inzibati rayonların ərazisində reydlər keçirib. Reydlər zamanı qanunsuz ov edən brakonyerlər aşkarlanıb. Onlardan biri Xəzər dənizinin akvatoriyasında qanunsuz balıq ovlayan Bakı şəhər sakini Hüseyn İmanovdur. Ondan istifadəsi qadağan olunmuş ov aləti götürülüb.
Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.