Bakı və Abşerondakı faktiki hava barəsində məlumat verilib. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
9 oktyabr saat 14:00-a olan məlumata əsasən, şimal-qərb küləyi bəzi yerlərdə arabir 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2,6 metrə çatıb.