Bakıda arvadını öldürən şəxsin məhkəməsi başlayıb. Bu haqda 31 yanvar tarixində Report məlumat verib.
Xəzər rayonu, Binə qəsəbəsində 2021-ci ilin iyul ayında Yadigar Cəfərov 36 yaşlı arvadı Elnarə Musayevanı bıçaqlayaraq qətlə yetirib. Daha sonra o, özünə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı cinayət işi açılıb və məhkəmənin baxış iclası fevralın 2-nə təyin edilib.