Vaqif Xaçatryanın növbəti məhkəmə iclası keçiriləcək. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Xocalı rayonunun Meşəli kəndində soyqırımında iştirakda təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası bu gün keçiriləcək.
Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək. Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.